Get Adobe Flash player
Search

Elmi ədəbiyyat

Gustave Lebon. Xalqların və kütlənin psixologiyası

Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”. Lebon bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”.

B.- 2015.- 366

M.Hakan Yavuz and İsa Blumi. War & Nationalism. The Balkan wars, 1912 – 1913, and their sociopolitical implications

War and Nationalism: The Balkan Wars, 1912-1913, and Their Sociopolitical Implications (Utah Series in Middle East Studies)

 

Yaqub Mahmudov. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri: Ağqoyunlu dövrü: XV əsrin II yarısı. Dərs vəsaiti

XV əsrin II yarısında Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinə həsr edilmiş bu kitabda
Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələrini doğuran
tarixi şərait, Qərb ölkələri ilə diplomatik əlaqələrimiz, Avropanın Şərq siyasətinin mahiyyəti araşdırılır. Əsərdə müxtəlif Avropa ölkələrində danışıqlar aparmış Azərbaycan diplomatlarından, bu dövrdə Şərqdə yeganə qadın diplomat olan və şöhrəti Qərbi Avropa ölkələrində də geniş yayılmış Sara Xatundan, görkəmli dövlət xadimi Uzun Həsənin fəaliyyətindən, o cümlədən Qərb ölkələri ilə əlaqələrindən söhbət açılır. Kitabda Azərbaycanın o dövrün beynəlxalq münasibətlərində mühüm rol oynadığı göstərilir.
Dərs vəsaiti bakalavr pilləsində təhsil alan tələbələr, magistrantlar, aspirantlar və müəllimlər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Dərs vəsaiti. Bakı, «Təhsil», 2007, 116 səh.

 

Səbuhi Əhmədov. Azərbaycan tarixindıən yüz şəxsiyyət

Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə bu kitabı da yazmaqda məqsəd vətənimizin görkəmli şəxsiyyətləri barədə danışmaq, Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından göstərməkdir.

Topluya Azərbaycanın qədim keçmişindən ən yeni tarixədək keçdiyi uzun və keşməkeşli yolda izlərini qoymuş şəxiyyətlər haqqında yığcam məlumatlar daxil edilmişdir. Elə şəxsiyyətlər haqqında ki tarixi hadisələrdə bilavasitə iştirak edibetməmələrindən asılı olmayaraq əməlləri ilə onların gedişinə təsir göstərmişlər. Sultanlar və şahlar; üsyançılar və inqilabçılar; sərkərdələr və məmurlar; rəssamlar və ailmlər; həkimlər və şairlər; fbəstəkarlar və xeyriyyəçilər – bu insanların oxucu qarşısında canlandırılan taleləri Azərbaycanın tarixini əyani surətdə təsəvvür etməyə imkan verir

Bakı.- 2011.- 268 s.

Mahmudov Yaqub (elmi redaktor). İrəvan xanlığı. (Резюме на русском языке)

Oxuculara təqdim olunan bu kitabda Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri — İrəvan xanlığından (1747-1828) bəhs olunur. Bu Azərbaycan dövləti XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı gəhrəmancasına mübarizə aparmışdır.
İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir.

Bakı, “CBS”, 2010, 615 səh.

Mahmizər Mehdibəyova. Cənubi Azərbaycan mühacirət nəsri (1947-1990-ci illər)

Monoqrafiyada Cənubi Azərbaycan mühacirət nəsrinin yaranması, təşəkkülü və inkişaf mərhələləri araşdırılır. Tədqiqata cəlb olunan hekayə, povest və romanların ideya-bədii və sənətkarlıq məsələləri barədə mülahizələr irəli sürülür, Cənubi Azərbaycan mühacirət nəşri çağdaş Güney Azərbaycan nəsri kontekstində tədqiq olunaraq qiymətləndirilir.

Bakı.- 2007.- 192 s.

Zaur Həsənov. Çar skiflər: Çar skiflərin və qədim oğuzların etno-dil eyniləşdirilməsi.

Həsənov, Zaur. Çar skiflər: Çar skiflərin və qədim oğuzların etno-dil eyniləşdirilməsi.

Azərbaycan ərazisində dövlətlərini yaratmış qədim xalqların etnik mənsubiyyətlərinin müəyyənləşdirilməsi milli mənlik şüurumuzun təkamülü yolunun və bizim doğru tariximizin bərpasında bizə kömək edə biləcək ən vacib məsələlərdən biridir.

Uzun illər boyu məqsədyönlü şəkildə tariximizin saxta¬laşdırılması ona gətirib çıxartdı ki, biz hələ də Azərbaycanın doğru tarixini tam şəkildə bilmirik. Bunun da nəticəsində yaranmış vəziyyətdən istifadə edərək bu işdə marağı olan tərəflər dünya ictimaiyyəti qarşısında torpaqlarımıza olan qanunsuz iddialarına haqq qazandırmaq istəyirlər.

Bir tərəfdən onlar bizi Azərbaycan torpaqlarının qanuni sahibi o1mamağımızda günahlandırır, digər tərəfdən isə prob¬lemin tədqiqi ilə bağlı bütün cəhdlərə mane olur və hər cür yol¬lara əl atırlar. Onlar öz əməllərinə “qədim əsrlərdə Azərbaycan ərazisində türklərin mövcud olmamaları” fikrini “sübut etmiş dünya elminin nüfuzu” ilə haqq qazandırmağa çalışırlar.

Qədim dövrlərdə Azərbaycan ərazisində müxtəlif vaxtlarda müxtəlif statuslu bir sıra dövlətlər mövcud olmuşdur.

E. ə. 1 minilliyin başlanğıcında bu ərazidə Manna dövləti yaranır, təxminən həmin dövrdə burada skiflərə qohum xalq sayılan kimmerlərin dövlət qurumları da mövcud idi’. Mannanın süqutu dövründə, Midiya dövlətinin yaradılmasının erkən çağlarında Azərbaycan ərazisində Sakasena adı altında tanınan skif dövləti yaranır. E. ə. VII əsrdə yaranmış bu dövlət uzun bir vaxt ərzində regionun siyasi, hərbi, iqtisadi və mədəni həyatında üstün mövqeyə malik olmuş və qonşu dövlətləri tabeçi1ikdə saxlamışdır’. Tədqiqatlardan məlum olduğu kimi skiflər Manna və Midiya dövlətlərinin fəaliyyətlərində iştirak etmişlər. Azərbaycan ərazisində skif dövlətinin mövcud olması…

“Əbilov, Zeynalov”, Bakı, 2005. 480 s.

T.T. Mustafazadə. XVII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri

Tofiq Mustafazadə  uzun müddət BDU-nun tarix fakültəsində və Lənkəran Dövlət Universitetində professor vəzifəsində çalışmışdır.

Professor T.T.Mustafazadənin indiyədək 160-dan çox elmi əsəri (o сümlədən 47-si xariсdə) və metodik vəsaiti çap olunmuşdur.

T.T.Mustafazadənin elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:

  1. Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri;
  2. Azərbaycan xanlıqlarının tarixinin tədqiqi.Monoqrafiya Osmanlı-Azərbaycan münasibətləri tarixinin XVIII yüzillik – XIX yüzilliyin əvvəlləri dövrünü işıqlandıran, müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar edib sistemləşdirdiyi qiymətli fakt və materialların tədqiqinə həsr olunmuşdur.

    Kitаbdа Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açılmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların ozamankı düşmənə – çar Rusiyası və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı öz qüvvələrini birləşdirmək cəhdləri, Azərbaycan dövlət qurumlarının Osmanlı-Rusiya qarşidurmasında rolu və təsiri araşdırılmışdır.
    Nəşr tarixçi tədqiqatçılar, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur, Vətən tarixini öyrənən geniş oxucu kütləsi üçün də faydalıdır.

    Bakı, Elm, 2002 (372 səh.).

 

Mehman Süleymanov. Gülüstan müqaviləsi (I və II hissə)

Kitab XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları ərazisində və bütünlükdə Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslərə həsr olunmuşdur. Nadir şah dövlətinin dağılmasından sonra Azərbaycan xanlıqlarının yaranması, xanlıqlar və qonşu xalqlar arasındakı qarşılıqlı münasibətlər, bu xanlıqların hərbi potensialı, xanlıqların işğalçı hücumlara qarşı mübarizəsi, xanlıqlar əhalisinin işğala qarşı mübarizəsi və “Gülüstan” müqaviləsinin imzalanmasına qədər bölgədə baş vermiş digər hərbi-siyasi hadisələr geniş şəkildə tədqiq edilmişdir.

Bakı, “Elm və təhsil” – 2014.

Səhifə: 624 / 608 səh.

Yaqub Mahmudov. Azərbaycan diplomatiyası

Yaqub Mahmudov   (baş redaktor)

Monoqrafiya Azərbaycanın diplomatiya tarixinin ən maraqlı dövrlərindən birinə həsr olunmuşdur. Əsərdə XV-XVII əsrlərdə Avropa ölkələrindı danışıqlar aparmış Azərbaycan diplomatlarının, həmçinin Ağqoyunlu və Səfəvi sarayında olmuş Qərb səyyahları və səfirlərinin fəaliyyətləri işıqlandırılır. Kitabda Azərbaycanın diplomatiya tarixinə dair zəngin faktik material verilir.

Monoqrafiya tarixçilər, diplomatlar, Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənən universitet tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı.- 2006.- 416 s.